9 Sentyabr 2017 11:34
3 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Səhiyyə naziri Oqtay Şirəliyevin oğlunun toyu olub.

Teleqraf.com xəbər verir ki, nazirin oğlu Kazımın toy mərasimi "Bilgah Beach Hotel”də baş tutub.

Toya Kamilə Babayeva aparıcılıq edib. Müğənnilərdən Elton Hüseynəliyev, Ədalət Şükürov və başqa tanınmışlar da toyda iştirak edib.

Mərasimə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyeva da qatılıb.

Tədbirə həmçinin, səhiyyə işçiləri, yüksək vəzifəli məmurlar və nazirlər də dəvət olunub.

Qeyd edək ki, nazirin oğlu biznesmen ailəsi ilə qohum olub.


Müəllif: Teleqraf.com