11 Sentyabr 10:23

Yaxın günlərdə ARB TV-dəki işindən ayrılan tanınmış aktrisa və teleaparıcı Zümrüd Qasımova yeni mövsümdə Speys TV-nin ekranlarında göründü. Bu barədə Zümrüd Teleqraf.com-a danışıb.

- Zümrüd xanım, ARB-ni niyə tərk etdiniz?

- Bu barədə çox danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, harda yaxşı məvacib versələr, hər kəs özünü orda görmək istəyər. Kim çox pul təklif etsə, hər kəs ora getmək istəyər. Pul hər şey olmasa da, çox şeydir. Belə məsləhət oldu ki, ARB-dən getdim…

- Eşitdiyimizə görə, Speys TV-yə üz tumusunuz?

- Bəli, nə az, nə çox, düz 12 ildən sonra yenidən Speys TV-yə qayıtdım. Bura mənim üçün doğma məkandır. Özümü burda çox rahat hiss edirəm. Yeni verilişim “Zümrüd & Suat şou” adlanır. Həmkarım türkiyəli müğənni Suat Köçərlidir. Suat 20 ildir ki, Azərbaycanda yaşayan türk müğənnisidir. Onunla həftədə bir dəfə bu studiyada görüşəcəyik. Bu veriliş Azərbaycanla Türkiyə arasında dostluq körpüsü rolunu oynayacaq.

Əvvəlki verilişlərim maarifləndirici xarakter daşıyıb. Bu verilişim daha çox əyləncəli, şou xarakterlidir. Tamaşaçıya bolluca enerji, sevgi ötürə biləcəyik. Onların problemlərini müvəqqəti də olsa, unutdurmağa çalışırıq.

- Eşitdiyimizə görə, bu veriliş prodakşn məhsuludur…

- “Zümrüd & Suat şou” proqramı bizim birgə layihəmizdir. Bunu çoxdan düşünürdük. Məncə, tamaşaçılar layihəni bəyənəcək.

- Bu yaxınlarda sosial şəbəkədə bir status paylaşmışdınız ki, “Quyunu bir az dərin qazın…” Bunu kimə ünvanlamışdınız?

- Hə, düzdür, o statusu yazdım, amma sonra da peşman oldum ki, axı onlar kimdir ki, mən onlara belə diqqət ayırdım?! Vaxt ayırdım... Heyf o zamana… Belə insanlara baş qoşmağa dəyməz. Onlar sadəcə yazıq və bədbəxtdirlər. Həyatda özlərini tapa bilmirlər və belə işlərə əl atırlar. Elə insanları yaddaşından silirsən, vəssalam. Əslində, mən insanları yaxşı tanıyıram. Sadəcə, hərdən çevrəmdə elə insanlar olur ki, onların iç üzü sonradan açılır. Heyf ki, bu dəfə də belə oldu.

- Aydındır, yeni verilişinizdə uğurlar!

- Təşəkkür!


Müəllif: Könül