12 Sentyabr 01:47

Sentyabrın 22-də Muğam Mərkəzində muğam təsnifləri səslənəcək.

Beynəlxalq Muğam Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 22-də respublikanın əməkdar artisti Təyyar Bayramovun və Aytən Məhərrəmovanın konserti keçiriləcək.

Konsertdə muğam kompozisiyası, Mahur təsnifləri, Şur təsnifləri, Segah təsnifləri, Bayatı Şiraz təsnifləri səslənəcək. Biletləri şəhərin kassalarında və iticket.az saytından əldə etmək mümkündür.


Müəllif: Teleqraf.com