12 Sentyabr 2017 23:32
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 18-dən 26-dək Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyliyə həsr olunan IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrı da festivalda iştirak edəcək.

Teatrın mətbuat katibi Samir Sədaqətoğlu Teleqraf.com-a bildirib ki, Dövlət Musiqili Teatrı festivalda dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını nümayiş etdirəcək: “Tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edəcək. Həmin sənətçi məhz bu festivalda iştirakımızla bağlı dəvət olunub. Hazırda Bakıda olan Bərdia Kiyarəsin teatrda orkestrla, aktyor heyəti ilə məşqləri davam edir”.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşası 23 sentyabr, “Arşın mal alan” əsəri isə 24 sentyabr tarixində saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.


Müəllif: Könül