13 Sentyabr 2017 15:15
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan Dövlət Azərbaycan Dram Teatrında dava düşüb.

Teleqraf.com xəbər verir ki, davanı teatrın aktyoru Elçin Hacılı video-lentə alaraq sosial şəbəkədə yayıb.

Videoda teatrın aktyoru Elçin Hacılı ilə teatrın texniki işçiləri olan qadınlar arasında qalmaqal yaşanıb. Qadınlar Elçin Hacılının çəkiliş aparmasına mane olmaq istəyiblər. Onlar aktyoru təhqir edib və üzr istəməli olduğunu bildiriblər.

Dava vaxtı teatrın direktoru İftixar Piriyevin də orada olduğu və onun halı pisləşdiyi üçün təcili yardım çağırıldığı deyilir.

Məsələ ilə bağlı İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə əlaqə saxladıq. Teatrdan belə bir dava düşdüyü təkzib olundu və İftixar Piriyevin Mədəniyyət və Turizm Nazirliyində olduğu bildirildi.


Müəllif: İlhamə Əbülfət