16 Sentyabr 01:32

Bu gündən etibarən Birləşmiş Ərəb Əmirliklərinin bir çox kinoteatr şəbəkələrində “Əli və Nino” filminin nümayişinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, film ərəb dilində subtitrlərlə ingilis dilində nümayiş etdirilir.

Layihənin rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru BAFTA mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Akademi Avard” mükafatı laureatı Kristofer Hemptondur.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

Filmin ərəb ölkəsində nümayişi bu ayın sonunadək davam edəcək.


Müəllif: Könül