16 Sentyabr 13:42

Əgər belə xahişi Vladimir Putindən şəxsən etsəydim, razılaşardım, çünki prezidentə etiraz etmək olmaz.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Emin Ağalarov “Dojd” telekanalının Rusiyada növbəti prezident seçkilərində Vladimir Putinin etimad etdiyi şəxs olmağa razılaşıb-razılaşmayacağı ilə bağlı sualına cavab verərkən deyib.

Müxtəlif məşhurlara ünvanlanan eyni suala Emin Ağalarovun cavabı belə olub: “Əgər xahişi başqası eləsə, imtina edərəm, çünki mən prezidentə kömək etməyə layiq deyiləm. Mən musiqiçiyəm, biznesmenəm, tamamilə başqa fəaliyyətlə məşğulam”.


Эмин Агаларов by imamat2


Müəllif: Kəmalə