19 Sentyabr 2017 14:09
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin bu günü ölkə teleməkanında fəaliyyət göstərən bir kanal adını dəyişib. “Region TV” şəbəkəsi öz brendini yeniləyərək, “ARB Media Qrup” kimi fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, hazırda “Bax ki, baxasan” şüarı ilə yayımını davam etdirən ARB TV-nin Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov keçən 1 illik efir yolunu belə dəyərləndirib:

“Media və TV yayımçılığı sürətlə dəyişir və yenilənir. İmkanlar genişlənir, zövqlər dəyişir, dəblər çox tez bir vaxtda köhnəlir. Bu sürətli dəyişimə, yeniliklərə uyğunlaşmaq olduqca çətindir, amma mümkündür. Televiziya mütəxəssisləri bilir ki, cəmi 1 ilə hansısa TV kanalın konsepsiyasını köklü sürətdə dəyişmək necə çətin prosesdir...

Amma biz inanılmazı bacardıq. Daha dinamik, daha maraqlı, daha rəngarəng, yeni media trendlərinə uyğunlaşan, fərqli bir efir konsepsiyası ilə, yeni adla tamaşaçılarımızın qarşısına çıxdıq. İnanırıq ki, bu bizdə alındı.

Televiziyaların reytinqlərini ölçən şirkətlərin açıqladığı məlumatlara əsaslanaraq deyə bilərəm ki, bu ilin yanvarından bu günə kimi ARB TV öz auditoriyasını 3 dəfədən çox artırıb. Belə deyək, ilin əvvəlində yerli və xarici kanallar arasında ümumi izlənmə payımız 2 faiz idisə, hazırda bu rəqəm 7-8 faizi keçir. Cəmi 1 il efirdə olan bir kanal üçün bu, kifayət qədər uğurlu nəticə hesab edilə bilər”.


Müəllif: Könül