3 Oktyabr 2017 10:15
4 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhmin və Zaur” filmi oktyabrın 19-dan tamaşaçılara təqdim ediləcək.

Teleqraf.com xəbər verir ki, fantastika janrında olan filmin çəkilişləri əsasən, mağara və şəhərin panoramalı məkanlarında aparılıb.

Həmin məkanlar rəssam heyəti tərəfindən xüsusi rekvizitlərin köməyilə dekorasiya kimi əvvəlcədən qurulub hazırlanıb.

Filmin baş rollarında Elcan Rəsulov, Fərda Amin, Kəmalə Piriyeva, Məbud Məhərrəmov, Məcid Məmmədov çəkiliblər.

Ssenari müəllifləri Zaur Mirzəzadə, Nicat Dadaşov və aktyor-müğənni Cəmildir.

Kinokomediyanın quruluşçu operatoru isə Rəşad Qarayev, ideya müəllifi və rejissoru Zaur Mirzəzadədir.


Müəllif: Şəfiqə