2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kazuo İşiquro layiq görülüb.
1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb.
Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Mükafatın məbləği 1 milyon dollardır.
Yapon əsilli Böyük Britaniya yazıçısı olan Kazuo İşiquro 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində doğulub. Yazıçının ailəsi 1960-cı ildə Böyük Britaniyaya köçüb.
Kazuo İşiquro ədəbi karyerası 1981-ci ildə 3 hekayəsinin dərci ilə başlayıb. İlk romanı Britaniyanın ən yaxşı gənc yazıçısı mükafatını alıb. 1989-cu ildə yazdığı "Günün qalan hissəsi" romanı xüsusi ilə məşhurdur.
2005-ci ildə çapdan çıxmış "Məni tərk etmə" romanı "Taym" jurnalının tərtib etdiyi siyahıda son 100 ilin ən yaxşı Britaniya romanı sırasına daxil edilib.