7 Oktyabr 2017 08:45
2 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya TV-nin efirində aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, bu dəfə verilişin qonağı məhşur meyxanaçı Namiq Məna olub.

Meyxanaçı, 35 illik dostu Bayram Kürdəxanılı haqqında xatirələrinə də toxunub. O, dostunun vaxtsız dünyadan gedişinə hələ də inanmadığını bildirib:

“İnanmazdıq, bildməzdik ki, az müddət keşəçək Bayram da dünyasını dəyişəcək. Həyat qəribədir, qəribəliklərlə doludur. İnanırsız, bir gün öncə mənə zəng edib dedi ki, şair bir studiyaya tapşır, lent yazısı işləyim. Dedim, Bayram gələrsən. Optimist ruhda idi. Nə qədər dərdi-səri olsa da, o dərd-sərini digər insanlara yükləməzdi. Hara məclisə düşərdisə, çalışardı insanları güldürsün. Siması Əliağa Vahidə oxşayırdı. Qeyri-adi insan idi. Səsindən də yox idi”.

Meyxanaçı həmçinin sənətdə yeni addımlarını atan oğlu Məna Əliyevdən də danışıb: “Oğlumun üzərində nəzarətim var. Telefonuna kimi baxıram”.

Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.


Müəllif: Şəfiqə