9 Oktyabr 2017 10:34
1 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam Türkiyənin TV8 telekanalının efirində yayımlanan "O Səs Türkiyə” yarışının seçmə turunda Neftçalanın Qaçaqkənd sakini, "çoban-müğənni" kimi məşhurlaşan Pərvin Səfərov uğurla çıxış edərək əsas mərhələyə vəsiqə qazanıb.

Teleqraf.com xəbər verir ki, TV8-in rəhbəri və proqramın aparıcısı Acun İlıcalı azərbaycanlı ifaçını təqdim edərkən onun qoyun otararkən oxuduğu mahnını Yutubda yerləşdirməsindən sonra məşhurlaşdığını deyib. Pərvini yarışa məhz təşkilatçılar özləri dəvət ediblər.

O, “Nazəndə sevgilim” mahnısını ifa edib. Göyxan, Hadisə və Murad Boz bəyənərək onu komandasında görmək istədiklərini açıqlayıblar. Verilişin aparıcısı Acun İlıcalı isə azərbaycanlı ifaçını məşhurlaşdıran videonu ekranda nümayiş etdirib.

Sonda Pərvin Murad Bozun komandasını seçib.


Müəllif: İlhamə Əbülfət