10 Oktyabr 2017 16:37
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:27

“Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov və baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduqları vəzifədən azad ediliblər.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir.

Mədəniyyət və Turizm Nazirinin müvafiq əmrlərinə uğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb.

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə “Yuğ” Dövlət Teatrının baş rejissoru təyin edilib.

Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə “Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

***

"Yuğ" teatrının keçmiş direktoru Tərlan Rəsulov işdən çıxarılması barədə danışmaq istəməyib.

O, Teleqraf.com-a belə deyib: “Kadr dəyişikliyi barədə danışmaq istəmirəm”.

Teatra yeni təyin olunan baş rejissor Mehriban Ələkbərzadə isə bildirib ki, bu gün o, kollektivə təqdim olunub.


Müəllif: İlhamə Əbülfət