12 Oktyabr 2017 01:11
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın” realiti şousunun üçüncü günündə səsverməyə meyxanaçı Samirə Yusifqızı çıxıb.

Publika.az xəbər verir ki, “Xanımlar vs Cənablar” devizi ilə yayımlanan verilişdə qutuya 12 nəfər S.Yusifqızının fotosunu atıb.

O, isə hədəfi olaraq ötən gün də yarışmada səsverməyə qatılan həmkarı Vüqar Əbdülovu seçib.

Vüqar isə qarşılığında “getsin”ə səs istəməyib, o, həmkarının avtomobilə ehtiyacı olduğuna işarə vuraraq, ona “qalsın”a səs istəyib.

Övladının zəngi ilə hədəfini dəyişdirmək istəyən Samirə Vüsalə Kərimova və Mehriban Xanlarovanın etirazına görə bu istəyinə nail ola bilməyib.

Reklamarası da hədəf məsələsinə görə iştirakçılarla problem yaşayıb. O, vəziyyətdən çıxış yolunu Murad Dadaşovu günahlandırmaqda görüb. S.Yusifqızı şoumen haqqında bunu deyib:

“Siz bilmirsiniz ki, bu səsvermənin çevrilişini Murad Dadaşov edir. İstəmirlər mən bu şouda qalım”.

Onun bu sözləri M.Dadaşovla arasında qısa gərginliyin yaşanmasına səbəb olub.

Sonda S.Yusifqızı “qalsın”a 12,36 faiz səs toplayaraq, yarışmanı tərk edib.

Qeyd edək ki, bundan sonra şouda Xalq artisti Arif Quliyev, Əməkdar artistlər Tünzalə Əliyeva, Mehriban Xanlarova, müğənnilər Xatun Əliyeva, Günel Ələkbərova, Rauf Əhmədov, Talıb Taleh, aparıcılar Vüsalə Əlizadə, Vüsalə Kərimova, Zemfira Adıgözəlova, meyxanaçı Vüqar Əbdülov, reper Elşad Xose, jurnalist Ülviyyə Alovlu və aktyor İlkin Misgərli yarışacaq.

Onu da bildirək ki, realiti şou hər gün 22.15-də ATV-də yayımlanır.


Müəllif: Teleqraf.com