14 Oktyabr 2017 12:12
5 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Esquire” jurnalının son buraxılışı üçün yarıçılpaq pozlar verən güzəl aktrisa Penelope Kruz müsahibəsində ilk filmi “Jamon Jamon”la bağlı etiraflar edib.

Teleqraf.com xəbər verir ki, 18 yaşındaykən indiki əri Havyer Bardemlə baş rolu paylaşan Kruz sözügedən ilk filmindən sonra keçirdiyi hisləri dilə gətirib:

“Açıq-saçıq səhnələrim üzündən bir də film təklifi almayacağımı düşündüm. Çəkilişlərin son günündə bunu fikirləşib dayanmadan ağladım, özümü üzüb əldən saldım”.

Xatırladaq ki, ünlü aktrisa Penelopa Kruz Sançes 1974-cü il 28 apreldə İspaniyanın paytaxtı Madrid şəhərinin San Sebastyan de Los Reyes adlanan şəhərciyində anadan olub. 4 yaşında valideynləri Penelopanı balet sinfinə yazdırıb. Tezliklə Pe rəqs və cazla dərindən maraqlanmağa başlayıb. İspaniya Milli Konservatoriyasında 9 il klassik alətlə məşğul olandan sonra Penelopa rəqs mədəniyyətinə yiyələnmək üçü 4 ilə yaxın Kristina Rotadan dərs alıb. Amma vaxt keçdikcə aktyorluq ön pana keçib və onun rəqsə olan marağı soyuyub.


Müəllif: Teleqraf.com