16 Oktyabr 2017 17:59
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı tələbələrin də iştirak etdiyi Soçi şəhərində keçirilən Tələbə və Gənclər 19-cu beynəlxalq festivalında maraqlı anlar yaşanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, açılış mərasimi zamanı səhnəyə çıxan Qoşa adlı gənc oğlan söz istəyib.

Aparıcı bunun ssenaridən kənar olduğunu bildirib və mikrofonu gəncə uzadıb. Qoşa mikrofondan sevdiyi qıza səslənib: “Mənim adım Qoşadır. Mənim sevgilim bu zalda əyləşib. Onu səhnəyə dəvət edirəm”.

Gənc qız səhnəyə çıxdıqda Qoşa diz çöküb və ona evlənmək təklifini edib. Qız bu təklifə müsbət cavab verib. Bundan sonra gənc oğlan “Mənim ürəyim” mahnısını ifa edib.

Qeyd edək ki, festivalda 180 ölkədən 50 mindən çox gənc iştirak edir.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir