18 Oktyabr 2017 14:59
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddətdir onurğa iflicindən əziyyət çəkən xalq artisti Könül Xasıyeva uzun fasilədən sonra canlı yayımda qonaq olub.

Teleqraf.com-un məlumatına görə, Xəzər TV-nin “5/5” verilişinə qatılan ifaçı 3 ildir efirdən uzaq qaldığını və darıxdığını söyləyib.

“Ülvi duyğular toxunulmazdır. Bu gün o gözəl duyğulara çatdım” deyən xanəndə efirdə kövrəlib.

Könül Xasıyeva xəstələnməsi səbəbindən də danışıb :

“3 ildir efirdən uzağam. Heç kim qəlbimə dəyməyib, inciyən xanəndə deyiləm. Hamının qəlbində saray tikməyə çalışmışam. 2000-ci ildən zəlzələdən stress keçirdim. Qorxudan xəstələndim. Müalicələrlə yaşayırdım. Sonra övladım xəstələndi və hər şeyi dayandırdım. Bütün fikrim övladıma getdi”.


Müəllif: Şəfiqə