19 Oktyabr 2017 17:01
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizi görəndə deyirdilər ki, boksyorun bacısıdı. Bizə kim sataşsaydı hoppanıb ona yumruq vururdu. Həmişə müdafiəmizə qalxırdı.

Bu sözləri ARB TV-nin “Günə davam” proqramına açıqlaması zamanı əməkdar artist, müğənni Elza Seyidcahanın bacısı Rasimə Seyidcahan Muradova deyib.

Daha sonra əməkdar artist özü də məktəb illərindən danışıb:

“Məktəb illərində mənə qoçu deyirdilər. Məktəb yoldaşım deyirdi ki, böyüyəcəksən, ailə quracaqsan, uşaqların olacaq, amma mən səni harada görsəm qoçu deyəcəm. Çünki 4 bacı idik, qardaşımız yox idi. Bacılarıma kimsə söz deyəndə gedib onları vururdum, boksyor deyirdilər”.


Müəllif: Teleqraf.com