20 Oktyabr 2017 15:21
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cinemazadeh” studiyasının istehsalı olan “Təhmin və Zaur” filminin qala gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, Gənclik Moll Alış-Veriş Mərkəzində keçirilən tədbirə tanınmışlardan Əməkdar artist Nahidə Orucova, prodüser Oqtay Əliyev, aktyorlar Kamran Ağabalayev, Elməddin Cəfərov, Nicat Rəhimov, aktrisa Zemfira Əbdülsəmədova, aparıcılar İlkin Həsəni, Şəhriyar Əbilov, rəqqasə Oksana Rəsulova da qatılıb.

Qala gecəsində filmin əsas rolların ifaçıları Fərda Xudaverdiyev və Elcan Rəsulov həyəcanlı olduqlarını bildiriblər.

Tədbirdə diqqətdən yayınmayan digər məqam isə qadın baş rol ifaçısı Kəmalə Piriyevanın gecədə iştirak etməməsi olub. Buna səbəb aktrisanın xarici ölkədə olması göstərilib.

Gecədə filmin baş prodüseri və rejissoru Zaur Mirzəzadə qala gecədə çıxış edib, böyük həyəcan keçirdiyini dilə gətirib.

Qeyd edək ki, film 6 gün ərzində məcburi şəkildə evlənməli olan Zaur adlı şəxsdən və onun başına gələn tragi-komik əhvalatlardan bəhs edir. Ekran işi “Cinema Plus” kinoteatrlarında nümayiş olunur.


Müəllif: Pərviz