23 Oktyabr 2017 14:04
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı milyarder Araz Ağalarovun müğənni-bəstəkar oğlu Emin Ağalarov Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsertdə çıxış edib.

Xəbərə görə, o, dahi bəstəkarın ifasında məşhurlaşan “Синяя вечность” mahnısını Tamara Qverdçiteli, Aleksandr Panayotov, Sergey Volçkov ilə birgə səsləndirib. Duyğulu anların yaşandığı səhnədə Emin göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, konserti izləyənlər arasında Araz Ağalarovla yanaşı, mərhum bəstəkarın xanımı Tamara Sinyavskaya da olub.


Müəllif: Teleqraf.com