24 Oktyabr 2017 08:17
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya TV-nin efirində aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, bu dəfə verilişin qonağı xalq mahnılarının mahir ifaçısı Eldar Ələkbərov olub.

Eldar Ələkbərov sənətə gəlməmişdən öncə 11 il Rusiyada yaşadığını və orada alış-verişlə məşğul olduğunu bildirib: “Fikrimdə müğənnilik, ifaçılıq etmək yox idi. Amma mən uşaqlıqda Qazaxda Göyəzən ansamblında oxumuşam. 7 yaşımdan 10 yaşıma kimi pioner dərnəyində, 10 yaşımdan 13 yaşıma qədər isə Göyəzən ansamblında oxumuşam. 13 yaşımda da Göygöl mahnı və rəqs ansamblına gəlmişəm.

Mənim ilk duet ortağım Aybəniz Haşımova olub. O vaxt Aybəniz xanımın 10 yaşı, mənimsə 13 yaşım vardı. “Sən bir nəğmə, mən bir nəğmə” mahnısını efirlərdə oxuyurduq.

Rusiyada qaldığım 11 ildə çox əziyyət çəkdim. Hətta öz-özümə sual verirdim ki, ay insan, sənin yolun, ürəyim musiqidir. Sənin nə işin var bu Sibirdə, 50 dərəcə soyuqda?.. Həyatım çox keşməkeşli, çətin olub. Amma çətinlik olsa belə, insan öz əziyyəti ilə qazandığı ona ucalıq verir. Kiminsə yanında gözükölgəli olmursan”.

Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.


Müəllif: Şəfiqə