1 Noyabr 2017 09:52
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə vəfat edən Türkiyəli müğənni Qayaxanın 22 illik həyat yoldaşı İpək Açar musiqiçi Alpər Kömürcü ilə sevgi yaşamağa başlayıb.

Teleqraf.com “Hüriyyət” yazarı Çingiz Səməriçioğlu İpək Açar və Alpər Kömürcü sevgisindən bəhs edən yazını təqdim edir:

İnsanın həyat yoldaşına nə qədər yas saxlaya bilər? Həyat yoldaşı öləndən sonra yeni bir sevgi yaşamaq olarmı?

Təbii ki, bunun müəyyən bir müddəti yoxdur. Kimi həyat yoldaşının ölümündən 3 ay sonra başqa birini tapır, kimi 3 il sonra...

Kimi də ömrü boyunca bir daha başqa birinə baxmaz.

Qayaxanın keşmiş həyat yoldaşı İpək Açar yeni sevgilisiylə ilk dəfə görüntülənincə “Qayaxanın yası elə bu qədər çəkdi?” deyirlər.

İpək Açar 42 yaşında gənc bir qadın....

İnsanlar ömür boyu ondan Qayaxanın yasını tutmasınımı gözləyirdi? Üstəlik qızı 16 yaşındadır. Yəni anasının münasibətinin atasına bir xəyanət olamadığını anlayacaq yaşdadır. İpək Açar sağlığı və xəstəliyi boyunca mükəmməl bir həyat yoldaşı necə ola bilərsə, onu hər kəsə sübut etdi, yasını da tutdu.

Qayaxanın ölümünün üstündən 2 il keçib. 42 yaşında gənc bir qadın əlbəttə ki, yeni bir həyat quracaq. Bu yeni sevgini Qayaxanın “Gəl vəfasız, gəl insafsız” mahnısıyla yaşamaq doğru deyil.


Müəllif: İlhamə Əbülfət