1 Noyabr 2017 08:03
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Seda Sayan travmatoloqa müraciət etməli olub.

Teleqraf.com xəbər verir ki, 55 yaşlı Seda Sayan idmanla məşğul olarkən qolunu zədələyib.

Onun qolu 45 gün gipsdə qalacaq.

Seda Sayan qolu gipsli şəklini şəxsi İnstaqram səhifəsində paylaşaraq bu sözləri yazıb:

“Qolumdakı gips idman müəllimim Əbru Özdəndünarı dinləməməyimin nəticəsidir. Əzələ dartılması... 45 gün belə qalacam”.


Müəllif: Aytən Yaşar