1 Noyabr 13:50
228

Yayılan informasiya həqiqətə uyğun deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Cabir Novruz (CNF) fondunun prezidenti Dilruba Vaqifzadə Azərbaycanın mərhum xalq şairi Cabir Novruza verilən xalq şairi medalının sosial şəbəkə vasitəsi ilə auksiona çıxarılıb, 200 manata satılması ilə bağlı gedən informasiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, medalın satılmasından söhbət belə gedə bilməz:

“Biz sadəcə gənc kolleksionerlərlə zarafatlaşırdıq. Qrupda qoyuruq şəkilləri və onun dəyərinin nə qədər olduğunu öyrənmək istəyirik. Bundan qabaq bir nəfər bir manatın şəkilini qoyub, onu satdığını bildirmişdi. Mən də bekar idim. Medalın şəkilini qoyub dəyərini soruşdum ki, görüm bu nə qədər dəyərlidi. Onu Elçin Əlibəyliyə Cabir Novruzun böyük oğlu hədiyyə verib. Mən onu necə sata bilərəm? Elə bir şey mümkün deyil. Onun dəyəri o qədər böyükdür ki, satılmaz”.

Qeyd edək ki, bu gün mətbuatda Azərbaycanın mərhum xalq şairi Cabir Novruzun xalq şairi medalının sosial şəbəkə vasitəsi ilə auksionda başlanğıc qiymətinin 200 manat olduğunun göstərilməsi ilə bağlı yazı getmişdi.


Müəllif: Şəfiqə