3 Noyabr 02:13
172

“Kirəlik sevgi” serialında baş rol oynayan məşhur aktyor Barış Arduç və Elçin Sanqu yeni filmlərində birlikdə duet oxuyublar.

Teleqraf.com xarici mətbuata istinadən bildirir ki, keçən mövsüm Star TV-də yayımlanan “Kirəlik sevgi” serialının baş rol ifaçıları Barış Arduç və Elçin Sanqu “Xoşbəxtlik vaxtı” filmində yenidən bir araya gəliblər. Həmçinin cütlük film üçün duet oxuyub.

Qeyd edək ki, Barış Arduç və Elçin Sanqu, “Xoşbəxtlik vaxtı” filmində Bulənd Ortaçgilin mahnısını səsləndirib. Bir-birinə çox yaraşdırılan bu cütlük səsləriylə hər kəsi heyran edib.


Müəllif: Fidan Rzayeva