3 Noyabr 2017 17:07
3 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş sevgilisi Filiz Ağər tərəfindən öldürülən tanınmış teleaparıcı Vətən Şaşmazın cinayəti ilə bağlı yeni idiallar irəli sürülüb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Filiz Ağərin qardaşı Sümər Bayər tanınmış aparıcı Seyhan Soyluya əlində Vətən Şaşmazın 57 məşhurla cinsi əlaqədə olarkən çəkilmiş görüntüləri olduğunu bildirib.

Seyhan Soylunun Tvitter hesabında Vətən Şaşmazın seks görüntüləri iddiası ilə yaydıqları ictimai diqqəti özünə çəkib. Teleaparıcı Nihat Doğan bu iddianı ekranda danışıb.

Sisi ləqəbli Seyhan Soylu Sümər Bayər ilə görüşünün video süjetini yayımlayıb. Bu videonun sonunda Vətən Şaşmaza aid olduğu iddia edilən video görüntülər üstü lentlənərək verilib. Sisi əsas hay-küyə səbəb olası “bombanı” isə bu gün partladacağını deyib.

Seyhan Soylu isə “57 video-lentin kimlərə aid olduğunu eşidəndə şok oldum” deyərək, seks videolarındakı qadınların şəxsiyyətlərinin məlum olduğunu iddia edib.

Qeyd edək ki, avqustun 27-də İstanbulun Beşikdaş rayonu ərazisindəki məşhur otellərdən birində tanınmış teleaparıcı Vətən Şaşmaz və onun sevgilisi Filiz Ağərin cəsədi tapılıb. Şaşmaz keçmiş sevgilisi, model Filiz tərəfindən belindən güllələnərək öldürülüb.

Daha sonra model öz başına atəş açaraq intihar edib.


Müəllif: Cəmilə