5 Noyabr 2017 09:10
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Birinci kanal”ı XX əsr siyasi tarixinin mühüm simalarından, Oktyabr inqilabının əsas ideoloqlarından olan Lev Trotskinin şəxsiyyətindən və taleyindən bəhs edən “Trotski” tarixi serialının nümayişinə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, L.Trotski rolunda Konstantin Xabenski çıxış edir. Çoxseriyalı layihədə inqilabçının həyatında baş verən əsas hadisələr – məhbəs həyatı, sürgün, qaçış, mühacirət, Leninlə tanışlığı, 1905-ci il inqilabı, 1917-ci il Oktyabr çevrilişi və Vətəndaş müharibəsi illəri əks olunur.

Filmdə tarixi şəxsiyyətləri, əsas qəhrəmanın həyatında rol oynayan şəxslərin obrazını Maksim Matveyev, Sergey Bezrukov, Mixail Poreçenkov, Sergey Qarmaş kimi Rusiyanın tanınmış aktyorları canlandırıblar.

Oktyabrın əvvəlində Kannda premyerası keçirilən serialın ilk seriyası “Birinci kanal”ın efində noyabrın 6-ı, saat 21:20-də nümayiş olunacaq.


Müəllif: Səxavət