8 Noyabr 08:39
521

Dünya TV-nin efirində aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, bu dəfə verilişin qonaqları meyxanaçı İntiqam və Ehtiram Rüstəmov qardaşları olub.

İntiqam Rüstəmov meyxananın ən çətin sənət olduğunu bildirib: “Meyxana məclisdə şənliyin ovqatına uyğun olmalıdı. Məclisə girəndə artıq bilirəm ki, burda hansı meyxana gedər. Bir də görürsən, yerdən bir qafiyə deyirlər. Deyirəm ki, saxla, bu qafiyə bu məclis üçün deyil.

Ümumiyyətlə, biz mədəniyyətsiz ifadələrdən istifadə etməyə imkan vermirik. Səliqə-sahmanlı məclisdə insan istəməz ki, yanında nəsə mədəniyyətsiz söz desinlər. Biz bu yaşa meyxananı qoruya-qoruya gəlib çatmışıq. Bizə belə çatdırıblar, biz də indi gənc nəslə ötürürük”.

Ehtiram Rüsəmov bildirib ki, qarşısındakı şair ona babdırsa, onunla meyxana deyir: “Zəifdirsə, mən onunla nə deyişəcəm? Şadlıq saraylarında olan toylarda meyxana çox ağır gedir. Çünki orada xanımlar, bəylər oturub. Bəzən elə meyxana deyirlər ki, toy yiyəsi də iyrənir meyxanadan”.

Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.


Müəllif: Sara