13 Noyabr 2017 19:32
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynov Opera və Balet Teatrında gerçəkləşəcək konserti ilə bağlı məlumat verib.

Teleqraf.com xəbər verir ki, o, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçirilən konserti barədə bunları deyib:

“Hər gün məşqdəyəm. Əslində həm asan, həm də çətindir. Eyni zamanda sevindiricidir. Çünki böyük məsuliyyətdir.

Böyük orkestrlə konsert vermək uşaqlıq arzumdur. Bu, sənət dünyam üçün yenilikdir. Fikirləşirəm ki, öhdəsindən yaxşı gəlməliyəm. Ona görə davamlı olaraq məşq edirəm ki, hər şey daha yaxşı olsun”.

Zamiq bildirib ki, konsert zamanı öz repertuarından yalnız iki mahnı ifa edəcək: “Klassik, retro, bəstəkar musiqilərimizi repertuara daxil etmişik. Öz mahnılarımdan isə “Kaman” və “Sən necə də gözəlsən”i səsləndirəcəm. İtalyan musiqisinə də müraciət etmişik. Sırf simfonik orkestrə yaraşacaq mahnılar seçmişik”.

O, konsertinə heç bir sənət yoldaşını dəvət etmədiyini deyib: “Çünki bu konsertdə heç kimə əziyyət vermək istəmirəm. Onları bundan sonra Heydər Əliyev sarayında gerçəkləşməsi planlaşdırılan konsertimə dəvət edəcəm. O da 4 ay sonra olacaq”.

Zamiq Hüseynov konsertinə biletlərin qiymətini də açıqlayıb: “Biletləri ucuz etdik ki, hər kəs gəlib əylənə bilsin. Qiymət 10-50 manat arasıdır”.
Konsert 20 noyabr tarixində gerçəkləşəcək.


Müəllif: Teleqraf.com