14 Noyabr 2017 02:36
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yayında İtaliyada keçirilmiş Birinci Azərbaycan Film Festivalı çərçivəsində ilk dəfə təqdim edilmiş dünyaca məhşur “Əli və Nino” filmi yenidən italyan tamaşaçılarının qarşısına çıxıb.

Azərbaycannın İtaliyadakı Səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu dəfə filmin nümayişi 11 noyabr 2017-ci il tarixində Romanın mərkəzində yerləşən Tiziano kinoteatrında Azərbaycanın İtaliyadakı Səfirliyi və İtaliya Xarici İşlər Nazirliyi Əməkdaşlarının Həyat Yoldaşlarının Assosiasiyası - ACDMAE tərəfindən birgə təşkil olunmuşdur və “Əli və Nino” filminin nümayişi ilə ACDMAE-nin mədəni mübadiləni təşviq etmək məqsədilə həyata keçirdiyi “Beynəlxalq Film Seriyaları” layihəsinin açılışı həyata keçirilib.

Tədbiri giriş sözü ilə ACDMAE-nin prezidenti Sofia Marras açmış və ardınca həmin qurumun inzibati şurasının üzvü Puççi Rastrelli, Azərbaycanın İtaliyadakı səfirinin həyat yoldaşı Aynurə Hüseynova və İtaliyanın Azərbaycandakı keçmiş səfiri, Azərbaycanın İtaliyanın Genuya şəhərindəki fəxri konsulu Marqarita Kosta salamlama nitqi söyləmişlər. Bunun ardınca “Əli və Nino” filmi nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılara Azərbaycanın milli mətbəx nümunələrindən müxtəlif şirniyyatlar təqdim edilib.


Müəllif: Teleqraf.com