15 Noyabr 2017 22:28
3 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məhşur “Babam və oğlum” filmində Dəniz adlı uşaq rolunu canlandıran Ege Tanman ötən illər ərzində böyüyüb cavan oğlan olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ege Tanmanın son halı insanları təəccübləndirib.

Bursada ailəsiylə yaşayan 19 yaşlı gənc ulduzun sosial mediada 30 minə yaxın təqibçisi var. Onun fotoları gənc qızlar tərəfindən çox sayda şərh və bəyənmə alır.

Qeyd edək ki, Çağan İrmağın rejissorluğu ilə 2005-ci ildə çəkilmiş “Babam və oğlum” filmi kinosevərlər tərəfindən hələ də maraqla izlənilir.


Müəllif: Sara