20 Noyabr 2017 17:33
1 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya TV-nin efirində aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, bu dəfə verilişin qonağı xalq artisti Səkinə İsmayılova olub.

Xalq artisti bir zamanlar adını bəyənmədiyini deyib: “İndi nəvəmin adını da Səkinə qoyublar. Dedim, müasir ad qoyun. Qızım məndən icazə istədi, mən də icazə verdim. Amma uşaqlar çox vaxt böyüyəndən sonra deyirlər ki, bu nə addır... Çox cavan vaxtlarımda mən də öz-özümə deyirdim ki, bu nə addı mənə qoyublar.

Mənim adımı da valideyinlərim qoyub. Onlar dinə bağlı insan olduqları üçün mənə Səkinə adı veriblər. İmam Hüseynin qızının adıdır. Böyüdükcə başa düşdüm ki, ad insana şöhrət gətirmir. İnsan özü o adı qaldırır, ucaldır”.

Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.


Müəllif: Sara