20 Noyabr 2017 23:45
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Təyyub Ərdoğanın sözçüsü İbrahim Kalın Parisdə Əhməd Kayanın məzarını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, ziyarətdə İbrahim Kalını Türkiyənin Fransadakı səfiri İsmayil Hakkı müşayiət edib.

Ziyarətdən sonra jurnalistlərə açıqlamasında İbrahim Kalin Əhməd Qayanı Anadolu torpağının yetişdirdiyini deyib:

“Əhməd ürəyi böyük, könlü zəngin, qabiliyyətli bir sənətkar idi. Əlbəttə, onun üzüntülü bir qürbət hekayəsi də var. Əslində ölkəsini, vətəninin torpağını, daşını, küləyini, suyunu, günəşini bu qədər sevən birinin ahıl yaşında ölkədən kənarda vəfat etməsi çox üzücü hadisədir.

Əhməd Qaya ölkəsində gözəlliklər üçün mübarizə aparmış bir insandır. Bu səbəbdən də həyatı ancaq acılarla keçdi”.

İbrahim Kalın qeyd edib ki, Əhməd Qaya yeri gələndə bu ölkənin namuslu sağçılarını da, solçularını da dəstəkləyib:

“Yeri gələndə başörtüsü məsələsində zərərçəkən xanımlara dəstək oldu. Yeri gələndə bir şeir oxuduğu üçün həbsə atıldı”.

Qeyd edək ki, Əhməd Qaya PKK lideri Abdulla Öcalanı müdafiə etdiyi üçün Türkiyədə ciddi qınaqlarla qarşılaşmış, sonradan Fransaya mühacirət etmiş və orada da vəfat etmişdi.


Müəllif: Cavad