22 Noyabr 2017 23:08
2 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyat bir pəncərədir, hər gələn baxıb gedər. Yerin çox görünür.

Teleqraf.com xəbər verir ki, bu fikirləri xalq artisti Firəngiz Mütəllimova mərhum aktyor Yaşar Nuri barədə instaqram səhifəsində yazıb.

Noyabrın 22-sinin Yaşar Nurinin anım günü olduğunu xatırladan Firəngiz Mütəllimova qeyd edib: “Allah rəhmət eləsin. Həmişə yaşar – Yaşar”.

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Uzun sürən xəstəlikdən sonra 2012-ci ildə noyabrın 22-də vəfat edib.


Müəllif: Kәmalә