30 Noyabr 2017 02:10
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib.

Teleqraf.com-un məlumatına görə, xalq artisti əsgərlər üçün sevilən mahnılarını səsləndirib.

Konsertdən müsbət emosiyalarla ayrılan F.Ağayev qoşunların komandanlığına, hərbi hissənin rəhbərliyi və şəxsi heyyətinə səmimi görüş üçün təşəkkürünü bildirib:

“Dünən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində əziz əsgər və zabitlərimizin qarşısında konsert proqramı ilə çıxış etdim. Bu səmimi görüş mənə bir ümman doğmalıq, sayqı, rəğbət bəxş etdi. Qoşunların komandanlığına, hərbi hissənin rəhbərliyi və şəxsi heyyətinə bu qiymətli, əvəzsiz münasibətə görə qəlbən minnətdaram. Ömürlük həkk olundunuz ürəyimə. Doğmalarım kimi! Allah Azərbaycan əsgər və zabitlərini qorusun!”.

Qeyd edək ki, konsertdə xalq artisti ilə birlikdə müğənnilər Fərid Həsənov, Həcər Əliyeva, Hüseyn Abdullayev də çıxış edib.


Müəllif: Teleqraf.com