25 Aprel 2014 14:06
1 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kultura.az saytı növbəti məqalə müsabiqəsinə start verib.

Müsabiqə iştirakçıları bu dəfə dahi ədib Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsəri barəsində məqalə yazmalıdırlar. Məqalələrin həcmi 10 000 işarədən artıq olmamalıdır.

Qaliblərə müvafiq olaraq 500, 300, 200 manat pul mükafatı veriləcək. Müsabiqəyə göndərilən əsərlər Kultura.az saytının redaktorlar heyəti tərəfindən yoxlanılacaq və qiymət veriləcək.

Müsabiqə boyunca seçilmiş məqalələr Kultura.az saytında yayımlanacaq və oxuculara təqdim ediləcək. Müsabiqə qaliblərinin mükafatlandırılmasının iyun ayının sonlarında keçirilməsi nəzərdə tutulur.


Müəllif: