30 Noyabr 2017 15:47
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çoçuklar Duymasın” serialındakı Haluk obrazı ilə Azərbaycanda məşhurlaşan Tamer Karadağlı Bakıya gəlib.

Aktyor bir necə dəqiqə bundan əvvəl paytaxtımıza təşrif buyurub.

O, hava limanından birbaşa qalacağı otelə yola düşüb.

Bu məqamda bildirək ki, Karadağlı sabah mətbuat nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, aktyor əməkdar artist Məlahət Abbasovanın aparıcılıq etdiyi “Məlahətli söhbətlər” verilişinin dəvəti ilə Azərbaycana gəlib./Qafqazinfo/


Müəllif: Teleqraf.com