2 Dekabr 2017 11:24
1 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu İranın paytaxtı Tehranda solo konsert proqramı ilə çıxış edəcək.

Bu barədə Teleqraf.coma Mənsum İbrahimov özü məlumat verib.

Xalq artisti deyib ki, konsert dekabrın 8-9-da Tehranın “Talar” salonda reallaşacaq: “Bir neçə müddətdir ki, konsertə hazırlaşırıq. Konsertdə məni əməkdar artistlər Elçin Haşımov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (balaban) və Kamran Kərimov (nağara) müşayiət edəcək. Konsert çərçivəsində xalq və bəstəkar mahnıları ifa etməklə yanaşı, muğam və təsniflərimizə də müraciət edəcəyik”.


Müəllif: Xəzər Süleymanlı