2 Dekabr 2017 12:11
2 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Novo Nordisk” şirkətinin təşəbbüsü ilə ölkəmizdə keçirilən “Azerbaijan 2017 Changing Diabetes Awards” mükafatının qalibləri bəlli olub. Öndə gedən elm adamları və pasiyent assosiasiyasının üzvünün daxil olduğu məsləhət şurası bir neçə mərhələdən ibarət dəyərləndirmələrdən sonra qalibləri seçərək 29 noyabr tarixində baş tutan mərasimdə mükafatlandırıb.

Layihə çərçivəsində ilin ən yaxşı həkimi, ilin ən yaxşı gənc tədidatçısı, ilin ən yaxşı təlimçisi, diabet sahəsində ilin jurnalisti nominasiyaları üzrə mükafatlar təqdim olunub. Həmçinin diabetli insanların həyat keyfiyyətinin artırılmasında mühüm rol oynayan dövlət xadiminə xüsusi “Changing Diabetes Award” mükafatı təqdim olunub. Məsləhət şurasının üzvlərinin seçimi əsasında qaliblərin adları açıqlanıb.

Beləliklə :

İlin ən yaxşı təlimçisi – Sevil Mustafayeva (2018-ci ildə keçiriləcək European Association for the Study of Diabetes (EASD) konfransında iştirak edəcək və Novo Nordisk tərəfindən bütün xərcləri qarşılanacaq)

Diabet sahəsində ilin jurnalisti – Ülvinə Fərzəliyeva (2018-ci ildə Danimarkada keçiriləcək media işçiləri üçün nəzərdə tutulmuş seminarda iştirak edəcək və Novo Nordisk tərəfindən bütün xərcləri qarşılanacaq)

İlin ən yaxşı gənc təqdidatçısı – Samir Şükürov (2018-ci ildə keçiriləcək European Association for the Study of Diabetes (EASD) konfransında iştirak edəcək və Novo Nordisk tərəfindən bütün xərcləri qarşılanacaq)

İlin ən yaxşı həkimi – Hidayət Məmmədov, və Səriyyə Ağayeva (2018-ci ildə keçiriləcək European Association for the Study of Diabetes (EASD) konfransında iştirak edəcək və Novo Nordisk tərəfindən bütün xərcləri qarşılanacaq)

Diabet sahəsində verdiyi töhvəyə görə “Changing Diabetes Award” nominasiyası– Rafiq Məmmədhəsənova xüsusi Changing Diabetes Award təqdim olunub.

Mükafatın təqdimolunma mərasimində ictimai siyasi xadimlər, media nümayəndələri iştirak ediblər. Diabetlə mübarizədə Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respubllikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Siğorta Agentliyi, Tarif Şurası, Beynəlxalq qurumlar, həkimlər və pasiyentlər əl-ələ veriblər. Mərasimi giriş sözü ilə Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov açıb.

“Novo Nordisk" şirkətinin şəkərli diabetlə mübarizədə həyata keçirdiyi bu layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb. Qeyd edək ki, Heydər Əliyev Fondu 2007-ci ildən başlayaraq Dünya şəkərli diabetlə mübarizə kampaniyasına qoşulub. Fond ictimaiyyətin diqqətini sağlamlığa ciddi təhlükə mənbəyi olan şəkərli diabetə yönəltmək və onun qarşısını almaq səylərinin artırılması istiqamətində müxtəlif layihələr icra edir. Xüsusilə də şəkərli diabeti olan uşaqların keyfiyyətli tibbi yardım almasına ciddi dəstək göstərilir. Heydər Əliyev Fondu ölkəmizdə şəkərli diabetdən əziyyət çəkənlərə dövlət qayğısına əsaslı dəstək verməklə, həm də sağlamlığımızın və genofondumuzun qorunmasında yaxından iştirak edir.

“Novo Nordisk" şəkərli diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, dünya üzrə tanınan və bir əsrə yaxın tarixi olan şirkətdir. Şirkət dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və gələcəkdə şəkərli diabetə tutulmaq riski olanlara öz dəstəyini ifadə edir. "Novo Nordisk" yüksək keyfiyyətli dərmanların istehsalında ən qabaqcıl şirkət olmaqla yanaşı, şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına da öz töhfəsini verir.


Müəllif: Teleqraf.com