Düzdür, Türkiyədən həkim gəlib. Amma tək mənim üçün gəlməyib.
Xalq artisti Rasim Balayev Türkiyədən onu müayinə etməyə həkim gətirilməsi ilə bağlı yayılan xəbəri Teleqraf.com-a şərh edərkən belə deyib.
Aktyorun sözlərinə görə, Türkiyədən Azərbaycana gələn həkim bir çox xəstələri müayinə edəcək:
“Sadəcə, mənim kimi bir çox xəstəni müayinə və müalicə edəcək. Hələ ki onunla görüşə bilməmişəm. Amma fürsət olan kimi yanına gedəcəm. Müalicəm Bakıda davam edir. Başqa ölkəyə getmək fikrim yoxdur. Səhhətim nisbətən yaxşıdır”.