4 Dekabr 2017 18:18
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ da yaşayan gökəmli türkçü alimimiz Tariyel Azərtürkün 300 səhifəlik “Генезис тюрка и тюркского языка (на основе клинописи)” kitabı axır ki, ərsəyə gəlib.

Teleqraf.com xəbər verir ki, kitab Qırğızıstanda işıq üzü görüb.

Tarixdən öncəki türkün və onun sonrakı 8 minillik yazılı tarixinin bütün dünya üzrə təbliğində və öyrənilməsində bu kitabın önəmli rol oynayacağına şübhə yoxdur. Onminillik türk tarixinin bu cür fundamental və dərindən tədqiqi ermənilərin və onları dəstəkləyənlərin Qarabağa ərazi iddialarını heçə endirəcəkdir. Yazılı yaddaşı tapılmış türkün bu torpaqlarda ən qədimlərdən varlığının sübutu kitabda öz əyani təsdiqini tapıb.

Qeyd edək ki ümumi tutumu 1300 səhifədən ibarət olan kitab iki hissədən ibarətdir. Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə 500 nüsxədə nəşr olunan kitab pulsuz yayılacaq.


Müəllif: Teleqraf.com