5 Dekabr 2017 14:49
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət “Yuğ” teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə APA-ya açıqlamasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verib.

O bildirib ki, hər iki aktyor teatrdan öz ərizələri əsasında uzaqlaşıb: “Onlar teatrın tamaşalarında və prosesdə iştirak edə bilmirlər. Hikmət Rəhimov və Rasim Cəfərin başqa işləri var, onlar teatrda qalmağı uyğun bilməyiblər. Səbəb yalnız budur”.


Müəllif: Teleqraf.com