2 Avqust 2014 01:21
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələ rayonunda keçirilən VI Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Teleqraf.com-un məlumatına görə, VI Qəbələ Beynəlxalq Festivalının açıq havada keçirilən sonuncu musiqi axşamında Yohannesburq Filarmonik Orkestrinin “Viva opera” adlı maraqlı konsert proqramı təqdim edilib.

Konsertdə Pyotr Çaykovskinin, Nikolay Rimsi-Korsakovun, Alfredo Katalaninin, Qaytanı Donisettinin , Coakkino Rossininin, Cakomo Puçininin, Cüzeppe Verdinin, Çarlz Qunonun , Pyetro Masnkaninin operalarından ariya və romanslar, eləcə də Müslüm Maqomayevin “Azərbaycan” və digər bəstəkarların əsərləri səsləndirilib.
Prezident mükafatçısı, Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə baş tutan konsertdə xalq Artisti Əli Əsgərov, əməkdar artistlər Fəridə Məmmədova, Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Gülnaz İsmayılova, istedadlı ifaçılar Azər Rzazadə, Yusif Eyvazov çıxış ediblər.


Qeyd edək ki, on gün davam edən Qəbələ VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi və klassik musiqi axşamları, muğam konserti keçirilib. Festivalda Azərbaycandan və xarici ölkələrdən olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.


Müəllif: