25 Aprel 2014 15:59

Bu il Park Cinema şəbəkəsinin daha iki meydançası açılacaq.

Bunu Teleqraf.com-a açıqlamasında şəbəkənin direktoru Namiq Quliyev deyib. Bunlar Zaqulba TƏM-də dörd zaldan ibarət kinoteatr və Bakıda Flame Towers kompleksində İmax kinoteatrıdır. O bildirib ki, Park Cinema Metro Park kinoteatrının açılışından da bir il ötür:

“Artıq bir ildir ki, fəaliyyətdə olan kinoteatr kino həvəskarlarını sevindirir. Bir il müddət ərzində kinoteatrın artım göstəriciləri xeyli yüksəlib. İlk altı ay müddətində kinoteatra gələnlərin sayı ayda 18 min nəfər idisə, növbəti altı ayda bu göstərici iki dəfə artaraq, gözlənilən nəticələri 50% üstələyib. Bir il müddətində burada 200-dən artıq yeni film göstərilib. Biz böyük auditoriya toplaya bilmişik, və sevindirici haldır ki, insanlarda kino mədəniyyətini bərpa etdirməyə nəhayət ki, müvəffəq olduq. Tez-tez verilən suallardan biri “filmlərə nə zaman ana dilimizdə baxa biləcəyik?” sualıdır. Bunun üçün tamaşaçıların sayı daha da artmalıdır. Biz bu rəqəmə gündən-günə yaxınlaşırıq”.

Nərmin


Müəllif: