7 Yanvar 2018 10:43
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TV8” kanalının sahibi Acun Ilıcalı “O Səs Türkiyə” musiqi yarışmasının münsiflər heyətində yer alan türkiyəli müğənni Yıldız Tilbəyə jest edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, kanal rəhbərinin bu addımı atmasına səbəb müğənninin yarışmada hər kəsin sevgisini qazanması olub. Belə ki, Y.Tilbə “Talk show” (tok şou) proqramı aparacaq. Verlişə məşhur insanlar dəvət ediləcək. Proqram bir neçə ay sonra yayımlanacaq.

Qeyd edək ki, “O Səs Türkiyə” musiqi yarışması gələn ay başa çatacaq.


Müəllif: Cәmilә