8 Yanvar 2018 16:31
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Xoy şəhərində peşəkar xəttat Abbas Köçəri saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri xəttatın evində axtarış apardıqdan sonra onu saxlayıblar.

Naməlum istiqamətə aparılan xəttatın nədə günahlandırıldığı barədə hələlik heç bir məlumat yoxdur.

Abbas Köçəri 1971-ci ildə Xoy şəhərində dünyaya göz açıb. 1997-ci ildə İran Xəttatlar Əncümənini fərqlənmə diplomu ilə bitirib. Onun öz ixtisası üzrə 2000 mindən çox yetirməsi var.

Təbriz, Urmiya və Xoy şəhərlərində bir neçə şəxsi sərgilər keçirən azərbaycanlı xəttat onlarla ümumi sərgidə aktiv iştirak edib.

Abbas Köçərinin türk dilində “Elimin sözləri” və “Şəms Təbrizi işarələri” adlı iki albomu 2013-cü ildə işıq üzü görüb.


Müəllif: Samir