11 Yanvar 2018 17:04
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi "Bakı" kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Trend-ə deyib ki, "Bakı" kinoteatrı artıq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində deyil: "Həmin kinoteatr uzun müddət əvvəl özəlləşdirilib".

Qeyd edək ki, "Bakı" kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlar yayılıb.


Müəllif: Teleqraf.com