13 Yanvar 2018 21:27
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ayla” filminin ssenaristi Mustafa Uslu “Oskar” Akademiyasını məhkəməyə verir.

Teleqraf.com-un məlumatına görə, Türkiyədə 5 milyon 500 min tamaşaçının izlədiyi filmin ssenaristi Oskar komissiyasını məhkəməyə vermək qərarına gəlib.

Mustafa Uslu açıqlamasında bildirib ki, Amerikanın məşhur vəkilləri ilə görüşüb:

“Sadəcə türk tamaşaçıları deyil, Amerika da daxil, 27 ölkənin izləyicisi “Ayla” filmini bəyənib. Kino festivallarda üç salonda eyni vaxtda nümayiş etdirilib. Ancaq film “Oskar” almadı. Siyasi bir oyuna qrurban olduğumuzu düşünürük. Komitə müharibələrdə ana-atalarını itirən körpələrin dramına əhəmiyyət vermədi”.


Müəllif: Cəmilə