15 Yanvar 2018 19:22
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntizarla gözlənilən “Azerbaijan Best Awards” milli mükafatlandırma mərasiminə 1 həftə qalıb.

Teleqraf.com xəbər verir ki, bir çox ulduzların maraq dairəsində olan “Zirvə Ziyalılar Təşkilatı”nın yaranmasının 26-ci il dönümü münasibəti ilə keçirilən “Azerbaijan Best Awards” (ABA) milli mükafatlandırma mərasimi yanvarın 23-də Boulevard Hotel Baku-da keçiriləcək.

Mükafat sayılıb-seçilən incəsənət nümayəndələrinə, iş adamlarına, media və şou-biznes simalarına, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq.

Qeyd edək ki, hər kəsin diqqətini cəlb edən və rəğbətini qazanan mükafatlandırma mərasimi paytaxtımızda artıq bir dəfə keçirilib və böyük uğur qazanıb.

İlk dəfə 2016-cı ildə keçirilən mükafatlandırma mərasimində xalq artisti Məleykə Əsədova, Alim Qasimov əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, Zamiq Hüseynov, Günay İbrahimli, Nura Suri, Anar Ağakişiyev, fotoqraf Orxan Aslanov, millət vəkili Qənirə Paşayeva və digər tanınmış məşhurlar bu mükafata layiq görülüb.

Tədbir saat 18:00 başlayacaq.

Gecənin aparıcısı Samir Bayramlı, layihənin rəhbərləri isə Aqil Məmiyev və Ləman Mirtalıblıdır.


Müəllif: Şəfiqə