17 Yanvar 2018 17:06
5 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Zaur Kamalın aparıcısı olduğu "5-də 5" proqramında aşıq sənətinin tanınmış nümayəndələrindən olan mərhum Aşıq Vüqar Mahmudoğlu yad edilib.

Kult.az xəbər verir ki, bir neçə gün öncə Aşıq Vüqar Aşıq Zülfiyyə ilə duet oxuyub və lentə aldırıb. Xəzər TV-nin efirində yayımlanması nəzərdə tutulan sözügedən duet isə Vüqar Mahmudoğlu dünyasını qəfil dəyişməsi səbəbindən onun 7 mərasimində efirə verilib.

“5-də 5” verilişində iştirak edən Namiq Məna da öz bədiyyəsində Aşıq Vüqarı yad edib.

Qeyd edək ki, Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda anadan olub. Şirvan aşıq mühitinin ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladı idi.

Şamaxı Musiqi Kollecini (qarmon sinfi) və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdi. 2002-ci ildən – atasının vaxtsız vəfatından sonra onun sazını yaşadırdı.

Vüqar Mahmudoğlu 8 yanvar 2018-ci ildə infarkt diaqnozu ilə Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi. Yanvarın 10-da hospitalda dünyasını dəyişdi.

Allah rəhmət eləsin.


Müəllif: Teleqraf.com